“Atlantis” kosmik gəmisi Floridada yerə dönüb

ABŞ-ın “Atlantis” kosmik gəmisi Florida kosmodromunda yerə enib.
Gəmidə 4 astronavt olub.

Bu “Space Shuttle” proqramının 30 illik tarixində “Atlantis” in son uçuşudur.

Gəmi insanın aya düşməsinin 42-ci ildönümündə yerə enib.

İndiyədək Birləşmiş Ştatlarda buraxılmış 6 şatldan 2-si qəzaya uğrayıb, 4-ü isə muzeyə qoyulacaq.