Misirdəki parlament seçkilərinə beynəlxalq müşahidəçilər buraxılmayacaq

Misirdəki parlament seçkiləri beynəlxalq müşahidəçilərin iştirakı olmadan keçiriləcək.

Bunu Misir Silahlı Qüvvələri Ali Şurasının üzvü, general Mahmud Shahin bildirib. O deyib ki, xarici müşahidəçilərin seçkiyə nəzarəti Misirin suverenliyinin pozulması kimi qiymətləndirilməlidir. Proseslərə nəzarəti yerli məhkəmə hakimiyyəti həyata keçirəcək.

Misirdə parlament seçkiləri noyabrda keçiriləcək.