Rusiya Polşa üçün ixrac qadağasını ləğv edir

Rusiya İstehlakçılarının Müdafiəsi Agentliyinin rəhbərliyi bu gün deyib ki, Rusiya iyulun 20-də Polşadan tərəvəz idxalına icazə verəcək.

Rusiya iyunun 2-də ölkəyə Avropa Birliyindən tərəvəz gətirilməsinə qadağa qoyub.

Həmin vaxt tərəvəzdə aşkar olunan E.coil bakteriyası bir neçə adamın ölümünə səbəb olmuşdu. Moskva sonradan təhlükəsizlik qarantiyası müqabilində idxala razılıq verib, artıq bir neçə ölkə Rusiyaya ixraca başlayıb.