İran İraqdakı kürd yaraqlılarına qarşı əməliyyat keçirir

İran İnqilab Qvardiyası İraq ərazisindəki kürd yaraqlılarının 3 düşərgəsini nəzarətə götürdüklərini bildirib.

Sərhəddəki Sardasht şəhərində yerləşən hərbi hissənin komandiri, polkovnik Delavar Ranjibarzadeh bildirib ki, kürd yaraqlılarına qarşı əməliyyat şənbə günü başlanıb. Hazırda davam edir.

Xəbəri İRNA agentliyi yayıb.