NATO-nun Əfqanıstandakı komandanlığına yeni rəhbər təyin olunub

NATO-nun Əfqanıstandakı komandanlığının yeni rəhbəri John Allen təyin olunub. O David Petraeusu əvəz edib.
 
NATO komandanlığında dəyişiklik prezident Kərzainin məsləhətçisi Muhammad Khanın öldürülməsindən bir neçə saat sonra baş verib. Onun ölümünə görə məsuliyyəti talibançılar üstlərinə götürüb.