Avropa Birliyi bir daha rəsmi Minski ittiham edib

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Catherine Ashton Belarusda dinc aksiyaçıların saxlanmasını bir daha ittiham edib.

O Belarus rəhbərliyinin, öz narazılığını dinc şəkildə ifadə etmək istəyən aksiyaçılarla amansız davranışından təssüf bildirib.

Catherine Ashton ölkə rəhbərliyini dinc aksiyalar zamanı həbs olunanları azad etməyə çağırıb.