Gürcüstanda casusluqda ittiham olunan fotomüxbirlər günahlarını etiraf ediblər

Gürcüstanda casusluq ittihamıyla həbs olunan fotomüxbirlərin hamısı günahlarını etiraf ediblər.

Fotoqraf Georgi Abdaladzenin vəkili jurnalistlərə bildirib ki, artıq o günahsız olduğunu təkid eləmir.

Bundan əvvəl İrakli Gedenidze ilə Zurab Kurtskidze, o cümlədən Gedenidzenin zamına buraxılmış həyat yoldaşı Natia Gedenidze də günahlarını etiraf ediblər.

Onlar Rusiyanın xeyrinə casusluq etməkdə ittiham olunurlar.

Bu barədə NevsGorgia və İnterfax agentlikləri xəbər verirlər.