Suriyada nümayişlər dağıdılarkən 28 adam öldürülüb

Cümə günü Suriyada nümayiş dağıdılarkən azı 28 nəfər ölüb, yüzlərlə adamsa yaralanıb.

Etiraz aksiyalarını izləyən yerli kooardinasiya komitəsinin məlumatına görə, onlardan 22-i paytaxt Dəməşq və onun ətraflarında öldürülüb.

Prezident Bashar Assadın istefası tələbilə keçirilən dünənki nümayişlər martın ortalarından bu yana ölkədə ən böyük etiraz dalğası hesab olunur.