Gürcüstanda müxalifət nümayişini zorakılıqla dağıdan polislər cəzalandırıldı

Gürcüstan hakimiyyəti may ayında müxalifət nümayişinə qarşı zorakılıq edən polisləri cəzalandırıb.

DİN xəbər verib ki, 4 polis işdən çıxarılıb. Bir polisin vəzifəsi kiçildilib. 11 polis isə xəbərdarlıq alıb.

Gürcüstanlı ictimai fəal Giorgi Tuquşi deyib ki,
polisin cəzalandırılmağı mühümdür, ancaq belə cəza kifayət deyil.