Ölənlərin sayı 112-yə çatıb

Tatarıstanda Volqa çayında batmış “Bulgariya” gəmisinin həlak olmuş sərnişinlərindən 112 nəfərin cəsədi çıxarılıb. Ölənlərdən 102-nin cəsədi tanınıb.

Xəbəri Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb.

Sankt-Peterburqdan Kazana batmış gəminin çıxardılması üçün xüsusi avadanlıqlar gətirilib. Gəminin çıxarılması əməliyyatına iyulun 16-da, ya da 19-da başlanılacaq.