Livanda qaçırılmış 7 Estoniya vətəndaşı azad olunub

4 ay əvvəl Livanda qaçırılmış 7 Estoniya vətəndaşı bu gün azad olunub. Onlar Beyrutdakı Fransa səfirliyinə təhvil veriləcək. Azad olunanların özlərini yaxşı hiss etdikləri bildirilir.

Suriya və Livana velosiped yürüşünə çıxmış 7 Estoniya vətəndaşı martın 23-də Livanın Zaleh şəhərində qaçırılmışdı.