«Dinamo» (Zaqreb) - «Neftçi» - 3:0

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycanın «Neftçi» klubunun debütü uğursuz alınıb. Zaqrebdə yerli «Dinamo» ilə qarşılaşan komanda böyük hesablı məğlubiyyətə uğrayıb.

Oyunda hesab 38-ci dəqiqədə açılıb. «Dinamo»nun ilk qolunu kapitan Milan Badel vurub. O, Alessandro da Silvanın səhvindən məharətlə istifadə edib.

«Neftçi» fasiləyə meydan sahiblərinin bir topluq üstünlüyü ilə yollanıblar.

İkinci hissə başlayan kimi «Neftçi» qapısında daha bir qol görüb. Bu dəfə İvan Krstanoviç fərqlənib - 2:0. Zaqrebliləri iki qolluq üstünlük də qane etməyib və onlar «Neftçi»ni üçüncü dəfə də məyus etməyi bacarıblar. 65-ci dəqiqədə İvan Krstanoviç penaltidən özünün ikinci, komandasının isə üçüncü qoluna imza atıb. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. /ANS/

Cavab qarşılaşması iyunun 19-u Bakıda, Tofiq Bəhrəmov adına Respublika Stadionunda olacaq.

http://www.youtube.com/embed/-0lJkigE0i8