Yazıçılar "Яндекс"i pirat saytlara girişi bağlamağa çağırırlar

Rusiyalı yazarlar, o cümlədən tanınmış detektiv yazarı Darya Dontsova "Яндекс" şirkətinə müraciət edərək piratlara qarşı mübarizəyə qoşulmağa çağırıblar.

Onlar istəyirlər ki, axtarış sistemi piratçılıqla məşğul olan, yazıçıların əsərlərini onların icazəsi olmadan yayan saytlara girişi bağlasın.

“Təəssüf ki, Rusiyanın əksər axtarış sistemləri nanəcib İnternet istifadəçilərinə müəllif hüquqları pozularaq oğurlanmış əsərləri əldə etməyə imkan yaradır.

Biz ümid edirik ki, siz öz biznesinizi bu cür qurmursunuz” – deyə məktubda bildirilir.

Müraciət müəllifləri Google şirkətinin pirat saytlarla mübarizədə uğur qazandığını nümunə kimi göstərirlər.

Darya Dontsova qadın detektivləri üzrə ixtisaslaşıb, təkcə keçən il onun ümumi tirajı 5,5 milyon nüsxə olan kitabları nəşr edilib.

Müraciətə imza atanlar arasında Tatyana Ustinova, Aleksandra Marinina, Leonid Parfyonov da var.