Pakistanda 30 yaraqlı öldürülüb

Pakistanın Əfqanıstanla həmsərhəd şimal bölgəsinə endirilən hava zərbələri nəticəsində azı 30 yaraqlı öldürülüb. Yerli rəsmilər Reuters agentliyinə bildiriblər ki, zərbələr iyulun 11-də səhər Şimali Vəziristanda yaraqlıların maşınına atılıb, 6 yaraqlı öldürülüb.

Daha sonra yaraqlıların düşərgəsi atəşə tutulub, 19 nəfər öldürülüb. Bu səhərsə Cənubi Vəziristanda azı 5 yaraqlının öldürüldüyü bildirilir.