Kiprdəki partlayışda ölənlərin sayı 12-ə çatıb

Kiprdəki Yunan hərbi bazasındakı partlayışda azı 12 nəfər ölüb. Onlarla yaralı var. Yerli medianın yaydığı məlumata görə, 2009-cu ildə Suriyadan İrana gedən gəmidən müsadirə edilən hərbi sursatın saxlandığı anbar partlayıb. Partlayışın səbəbləri dəqiq məlum deyil.