Hindistanda sərnişin qatarı qəzaya düşüb

Hindistanda dəmiryolu qəzası nəticəsində ölənlərin sayı 60-a çatıb. 100-dən artıq adam isə yaralıdır.

Hərbçilər, xilasedicilər və könüllülər xilasetmə işlərini davam etdirilər.

Qəza bazar günü Fatehpoor şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində baş verib.