ABŞ Pakistana hərbi yardımı dayandıra bilər

ABŞ hökuməti Pakistana hərbi yardımı dayandıra bilər.

New York Times qəzeti yüksək rütbəli məmurlara istinadla yazır ki, söhbət 2 milyard dollarlıq yardımın 800 milyonunun dondurulmasından gedir.

İslamabad son həftələr yerli hərbi birləşmələrin hazırlanmasıyla bağlı ABŞ-ın planını pozub.
Bundan başqa Pakistan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin istifadə etdiyi hərbi bazanı bağlamaq fikrindədir.

Bu bazadan pilotsuz təyyarələrin Əfqanıstanla sərhəddə yaraqlılara qarşı əməliyyat keçirməsində istifadə olunur.