Əfqanıstanda oğurlanmış 26 istehkamçının taleyi barədə zidd məlumatlar gəlir

Bu həftə Əfqanıstanın qərbindəki Fərəh əyalətində oğurlanmış 26 hərbi istehkamçının taleyi barədə zidd məlumatlar gəlir.

France-Press agentliyi Əfqanıstanın təhlükəsizlik qüvvələrinə istinadla xəbər verir ki, polis bazar günü onlardan 7-nin başsız cəsədini tapıb.

Reuters agentliyi isə yerli polisə istinadla 6 cəsəd tapıldığını və onların başlarının kəsilmədiyini xəbər verir.

İstehkamçılar çərşənbə günü talibançıların fəal olduğu rayonda oğurlanıblar.
Amma Taliban bunda əli olmadığını və bunun adi quldurların işi olduğunu deyir.