Həftənin şəkilləri: 2-8 iyul
Liviya müxalifətinin silahlı qüvvələri paytaxt Tripolunun 100 kilometrliyindəki Al-Qawalish şəhərini alıblar. Bu əsgər də qələbə sevincini ifadə edir.
Foto: Gaia Anderson - AP
Belarus prezidenti Aleksandr Lukaşenko (öndə, sağdan ikinci) oğlu Nikolayla Minskdə Müsətiqllik Günü münasibətilə keçirilən hərbi paradı izləyir.
Foto: Nikolai Petrov - Reuters
Adila Suljakovic Srebrenica yaxınlığındakı memorialda oğlunun qəbri üstündə ağlayır. İyulun 11-də dünyanın müxtəlif ölkələrindən gələn tanınmış adamların iştirakı ilə Srebrenica qətliamının 16-cı ildönümü qeyd ediləcək. 1990-cı illərin Balkan müharibəsi zamanı Ratko Mladicin rəhbərlik etdiyi serb qüvvələrinin bu şəhərdə 8000 müsəlamn kişini qətlə yetirdiyi bildirilir.
Foto: Dado Ruvic - Reuters
Srebrenica yaxınlığındakı memorialda Balkan müharibəsi zamanı qətlə yetirilən daha 600 qurbanın dəfn mərasiminə hazırlıq gedir. İyulun 11-də keçirirləcək mərasim üçün kürəklər.
Foto: Amel Emric - AP
İyulun 8-də "Atlantis" gəmisi sonuncu dəfə fəzaya 12 günlük səfər yola salınıb. Bundan sonra NASA uçuşlarını başqa üsullarla həyata keçirəcək.
Foto: Gary Hershorn - Reuters
Misirdə Tahirir meydanında yenə də aksiya ilştirakçıları toplaşıb yeni hökumətdən islahatları sürətləndriməyi tələb edirlər.
Foto: Mohamed Abd El-Ghany - Reuters