Cənubi Sudan müstəqilliyini qeyd edir

Şənbə günü Cənubi Sudanın paytaxtı Cubada ölkənin müstəqilliyi münasibətilə keçirilən mərasimdə 10 minlərlə adam iştirak edir.

Cənubi Sudan iyulun 9-u gecə yarısı rəsmi şəkildə müstəqil dövlət elan edilib.

Bu münasibətlə keçirilən təntənəli mərasimlərdə BMT-nin baş katibi Ban Kİ Moon və Şimali Sudan prezidenti Omar al Bashir də iştirak edirlər.

Cənubi Sudanın müstəqilliyini birinci onunla uzun illər müharibə aparmış Şimali Sudan tanıyıb.