Əfqanıstanda törədilmiş hücumda 80-ə yaxın adam ölüb

Əfqanıstanın şərqindəki Nuristan əyalətində talibançıların hücumu nəticəsində azı 33 polis və 5 mülki sakin ölüb.

Əyalətin qubernatoru Camaluddin Badranın sözlərinə görə, Pakistan ərazisindən soxulan yaraqlılar polis məntəqələri və administrativ binalara hücum ediblər.

Hakim dairələr həmçinin atışmada 40-a yaxın talibançının öldürüldüyünü deyir.