200-ə yaxın mühacir dənizdə batıb

Məlumatlara görə, Qırmızı dənizdə, Sudan yaxınlığında 200-ə qədər adamın olduğu gəmi batıb. Güman edilir ki, gəminin göyərtəsində yanğın baş verib və bu da gəminin aşmasına səbəb olub.

Gəmidə olanlar Afrika mühacirlərmiş, onlar Səudiyyə Ərəbistanına gedirlərmiş.

Gəmidəkilərdən yalnız üçün xilas olmağı bacarıb.