Rusiyanın Xarici İşlər naziri Azərbaycana səfər edəcək

Sergey Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu yaxınlarda Azərbaycana səfər edəcək.

Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib. Səfir deyib ki, səfər Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünün davamı olaraq həyata keçirilir.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun da Moskvaya səfəri planlaşdırılır. /APA/