Ben Alinin həbs müddəti 50 ilə qalxdı


Tunisdə məhkəmə keçmiş prezident Ben Alinin silah, narkotik maddələr saxlamaq ittihamı ilə daha 15 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Bundan əvvəl keçmiş prezident və arvadı dövlət pullarını mənimsəmə ittihamı ilə 35 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Onların hər ikisi hazırda Səudiyyə Ərəbistanındadır. Bu ilin yanvarında kütləvi etiraz aksiyaları ilə Tunisi tərk ediblər.