Əfqanıstan kəşfiyyatının iddiasına görə Talibanın Pakistan bölməsi Əfqanıstandakı yaraqlılara intiharçılar satır. Kəşfiyyatın bu gün yayılan məlumatında qeyd edilir ki, araşdırma zamanı Pakistandan əfqan yaraqlılara 70 min dollardan 90 min dollara qədər pul müqabilində intiharçılar satılır.
Hələlik bu iddialara Pakistandan bir cavab verilməyib.