Ramiz Rövşən. Boğulur

Dünyanın suyu çirklənir,
Suyunda balıq boğulur.
Çirklənir, göyü çirklənir
Göyündə Allah boğulur.

Çox batan yerində batır,
Dadına gələn də batır,
Ağıllı dərində batır,
Dayazda axmaq boğulur.

Kimisi nəğməli-sazlı,
Kimisi başı başı qapazlı,
Kimisi paltar-palazlı
Kimisi çılpaq boğulur.