X.İbrahim: «Azərbaycanın Qoşulmayanlar Hərəkatına daxil olması NATO ilə əlaqələrə təsir etməyəcək»

Xəzər İbrahim

«Azərbaycanın Qoşulmayanlar Hərəkatına daxil olması Azərbaycanın digər təşkilatlar, o cümlədən NATO ilə münasibətlərinə təsir göstərməyəcək».

Bunu «APA»ya açıqlamasında Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahim deyib. O bildirib ki, NATO-Azərbaycan münasibətləri müsbət istiqamətdə inkişaf edir:

«Azərbaycan NATO ilə sıx əməkdaşlıq edir və NATO-nun müttəfiqidir. Biz Əfqanıstanda önəmli rol oynayırıq. Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatları üçün vacib tranzit ölkələrdən biridir. Digər sahələrdə də əməkdaşlıq uğurla davam edir».

X. İbrahim həmçinin deyib ki, Azərbaycan Əfqanıstandakı hərbçilərinin sayını azaltmaq niyyətində deyil.