NATO və ABŞ-ın hərbi ekspertləri Bakıya gəlir

NATO və ABŞ-dan olan hərbi ekspertlərin Azərbaycana səfəri gözlənilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər iyulun 5-də başlayacaq.

Səfərdə məqsəd Silahlı Qüvvələrin Hərbi Akademiyasına təhsil sahəsində ekspert yardımınını davam etdirməkdir.

Səfər iyulun 6-da başa çatacaq.