Pakistanda 3 polis öldürülüb

Pakistanın şimal-qərbində yaraqlıların nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində azı 3 polis ölüb, biri isə yaralanıb.

Hücum bazar gününə küçən gecə Xayber Paxtunxva əyalətində törədilib.

Bu əyalət əvvəllər talibançıların əsas dayaq məntəqəsi olan Svat vadisinin yaxınlığında yerləşir.