NATO təyyarələri Tripolini bombalayıb

NATO təyyarələri yenidən Liviyanın paytaxtı Tripolini bombalayıblar.

Liviya hərbçiləri zərbələrin texniki peşə məktəbinə endirildiyini deyirlər.

İtki barədə məlumat yoxdur.

NATO bundan əvvəl  Liviyanın qərb rayonlarına zərbələrin intensivləşdiriləcəyini bildirmişdi.

Bu bölgədəki rayonların əksəriyyəti Qaddafi qüvvələrinin nəzarətindədir.