Vaqif Səmədoğlu. Gözəl qızlardan, qadınlardan...

Gözəl qızlardan, qadınlardan

iz qalmır torpaqda.

Torpaq da

həsrətdir gözəl izinə.

Bulud kimi keçib gedir

torpağın üstündən gözəllər.

Kəndli izi.

çoban izi qalır torpaqda,

çox qalır

Qalır yağışa qədər,

qalır yağışdan sonra da...