Vaqif Səmədoğlu. Mən ölən gün...

Mən ölən gün

bir külək əsəcək küçələrdə.

Və yellədəcək

ipdən asılı, quruyan

sarı çiçəkli bir uşaq paltarını.

Matəm bayrağıtək dalğalanacaq

uşaq paltarı

mən ölən gün...

1982