Vaqif Səmədoğlu. Ədalarından çaşdığım qadın...

Salam

qaranlıqda rastlaşdığım,

ədalarından çaşdığım

qadın,

İri,

zövqsüz saatın

gündüzlər kölgə saldığı yerdə

dayanmışdım.

Kölgə qadın.

kölgə insan,

Yadındamı?

Yadındamı əlini sıxdığım o gecənin adı?

Sarılma həvəsi,

taksi,

konyak qoxuyan insan nəfəsi.

1965