Qırğızıstanda prezident seçkisi oktyabrın 30-da keçiriləcək

Qırğızıstanda prezident seçkisi oktyabrın 30-da keçiriləcək.

Bu barədə ölkə parlamenti bu gün qərar qəbul edib.

Qanuna görə seçkilər ötəri prezident Roza Otunbayevanın səlahiyyətlərinin bitməsinə 2 ay qalmış keçirilməlidir.

Otunbayeva ötən ilin iyulunda prezident Kurmanbek Bakiyevin istefasıyla nəticələnmiş dövlət çevrilişindən sonra hakimiyyətə gəlib.