Yaponiyada zəlzələ olub

Bu gün Yaponiyada 5,4 bal gücündə zəlzələ olub. 7 adam xəsarət alıb. İri dağıntılar haqqında məlumat verilmir.

Zəlzələnin mərkəzi Tokionun 120 kilometrliyində yerləşən Nagano prefekturasında qeydə alınıb. Sunami xəbərdarlığı verilməyib.

Martın 11-də Yaponiyada baş vermiş zəlzələ və sunami nəticəsində 23 min adam həlak olmuşdu.