Rusiya Belarusa elektrik enerjisinin verilməsini bərpa edir

Belarusiya elektrik enerjisinə görə martdan mayadək Rusiyaya olan borcunun bir qismini ödəyib.

Rusiya İyunun 29-dan dayandırdığı elektrik enerjisinin verilməsini yaxın 2 gündə bərpa edəcək.

Belarus energetika nazirinin köməkçisi Ludmila Zenkoviç Rusiya tərəfinə 600 milyon rubl ödənildiyini deyir.

İyunun əvvəllərində Belarusun elektrik enerjisinə görə Rusiyaya milyard yarım rubl borcu var idi.