Mətbuat bayramında jurnalistlər üçün yaşayış binasının təməli qoyulacaq

Jurnalistlər üçün tikiləcək binanın təməl qoyma mərasimi iyulun 22-də - Milli Mətbuat Günündə keçiriləcək.

Bu barədə APA-ya KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib. Onun sözlərinə görə, binanın təməlqoyma mərasiminin may ayında keçirilməsi nəzərdə tutulsa da, bu, texniki səbəblərdən baş tutmayıb:

“Təməlqoyma mərasiminin gecikməsi Fonddan asılı məsələ deyil. Hazırda binanın smeta sənədləri son araşdırmalardan keçir. Binanın təməlini Milli Mətbuat Günü qoymaq istəyirik. Həmin gün jurnalistlər üçün bayram tədbiri də təşkil ediləcək”.