İyulun 3-də III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək

Arxiv foto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 3-də ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. TQDK-nın rəsmi saytında verilən məlumatda bildirilir ki, imtahana qatılmaq üçün ərizə vermiş abituriyentlər iyunun 27-dən etibarən Komissiyanın internet saytından imtahana buraxılış vərəqəsini çap edib götürməlidirlər.

I ixtisas qrupunun abituriyentləri isə buraxılış vərəqələrini növbəti həftədən çap edə biləcəklər.

II və IV ixtisas qrupları üzrə sənəd vermiş abituriyentlərin buraxılış vərəqəsini alacaqları vaxt barədə əlavə məlumat veriləcəkdir.