ATƏT sədri Kazan görüşülə bağlı açıqlama yayıb

ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronius Ajubalis Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü ilə bağlı açıqlama yayıb.

ATƏT-in saytında gedən məlumatda Ajubalis Dağlıq Qarabağ münaqişəsilə bağlı hərtərəfli sülhə nail olmaq üçün davamlı səylərin vacibliyini vurğulayır.

“Mən bir sıra məsələlər üzrə razılıq əldə olunmasını alqışlayıram.
Çünki bunlar baza prinsiplərini təsdiq etmək üçün şərait yaradacaq.
Ümidvaram ki, qalan məsələlərin həlli üzrə də iş davam etdiriləcək və bu münaqişənin həllinə yol açacaq” - deyə Ajubalis burğulayıb.

Sonda ATƏT sədri atəşkəs rejiminin gücləndirilməsinin vacibliyini vurğulayıb və güc tətbiq etməklə bağlı hədələrdən vaz keçməyə çağırıb.