BMT-nin İnsan Haqları Qrupu məhkəmə sistemində problemlərə görə Tbilisini tənqid edib. BMT-nin Qanunsuz Saxlanmalar üzrə İşçi Qrupunun nümayəndələri Gürcüstana 10 günlük səfərinin yekunlarına dair hesabat yayıb. Sənəddə qeyd edilir ki, bu ölkədə həddən çox adam qanunsuz saxlandığını güman edir.
Qurumun qənaətinə görə Gürcüstanda prokurorların hakimlər üzərində təsir imkanları həddən artıqdır.