Daxili İşlər Nazirliyinin idarə rəisi təqaüdə göndərilib

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsində Təhqiqat İdarəsinin rəisi polis polkovniki Zöhrab Qəndilov öz raportu əsasında xəstəliyi ilə əlaqədar bir müddət öncə təqaüdə göndərilib.

Z. Qəndilov uzun müddətdir müalicə olunurdu.

Z. Qəndilovun yerinə hələ ki təyinat olmayıb. /Trend/