Sarkozy Fransa əsgərlərinin Əfqanıstandan çıxarılacağını deyir

Fransa prezidenti Nikole Sarkozy Əfqanıstandakı Fransa əsgərlərinin mərhələ-mərhələ çıxarılacağını bəyan edib.

Məlumatlara görə, 4 minlik Fransa heyətinin ixtisarı, ABŞ ordusunun bu ölkədən çıxarılacağı cədvəl əsasında həyata keçiriləcək.

ABŞ prezidenti Barac Obama bundan əvvəl ordusunun Əfqanıstandan çıxarılacağını bəyan edib.