Kazan görüşü münaqişənin həllinə apara bilər

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Kazanda keçiriləcək görüş problemin həllinə gətirib çıxara bilər”

Rusiya xəbər agentliklərinin məlumatına görə, bunu ATƏT-in baş katibi Mark Perren de Brişambo deyib.

Brişambo Moskvada keçirdiyi mətbuat konfransında Kazan görüşünün uğurlu olacağı, bölgədə sülh və sabitlik yaranacağına ümidlə yanaşdıqlarını bildirib.