İtaliya Liviyada hərbi əməliyyatları dayandırmağa çağırır

İtaliyanın xarici işlər naziri Franco Frattini Liviya sakinlərinə hümanitar yardım çatdırmaq üçün hərbi əməliyyatları təcili dayandırmağa çağırıb.

O bu gün ölkə parlamentində çıxış edərkən deyib ki, hərbi əməliyyatlar zamanı dinc sakinlərin ölümü NATO-nun etimadına xələl gətirə bilər.

NATO ötən bazar günü Tripolinin səhvən bombalanması nəticəsində dinc sakinlərin ölümünü təsdiqləyib.

Çin bu arada Liviya üsyançılarının yaratdığı ötəri milli şuranı tanıdığını bəyan edib.