ABŞ Senatı müdafiə naziri postuna namizədi yekdilliklə dəstəkləyib

ABŞ senatı yekdilliklə Leon Panettanı ABŞ-ın müdafiə naziri postuna təsdiqləyib. O, Mərkəzi Kəşfiiyat İdarəsinin rəhbərliyindən bu posta gəlir. Leon Panetta bu vəzifədə istefa vermiş Robert Gatesi əvəz edəcək. Gates iyunun 30-da istefaya gedir.

Məkrəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə isə ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı David Petraeus gətirilir.

Panetta bildirib ki, o, Əfqanıstandan ABŞ qoşunlarının iyulda çıxarılmasını dəstəkləyir.
73 yaşlı Panetta Vaşinqtonda uzun müddət siyasi fəaliyyət göstərib. O, Kaliforniyadan konqresmen olub.