Rusiyada baş redaktor öldürülüb

Rusiyanın Maqadan şəhərində gecə saatlarında “Колыма плyuс" telekompaniyasının baş redaktoru Анатолий Битков öldürülüb.

Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, 38 yaşlı jurnalistin meyiti onun öz mənzilində aşkar edilib. Jurnalistə bıçaq zərbələri endirilibmiş.

Faktla bağlı cinayət işi qaldırılıb. İlkin versiyalara görə, hadisə məişət zəminində baş verib.