Çilidəki vulkan hələ də Avstraliyada uçuşları əngəlləyir

Çilidəki vulkana görə Avstraliyanın iri hava limanlarında hələ 2 gün fasilələr yarana bilər.

Qantas və Virgin Australia şirkətləri Sidney və Melbruna bütün reysləri təxirə salmalı olublar.

Qantas şirkətinin nümayəndəsi ümumilikdə 200-dək reysin təxirə salındığını deyir.

Çili ilə Avstraliya arasında minlərlə km məsafə olmasına baxmayaraq kül buludu bu ölkəyə çatır.

Ötən həftə 10 minlərlə sərnişin mənzil başına uça bilməyib.