Pakistanda islamçı hərəkatla əlaqədə şübhəli bilinən zabit saxlanıb

Pakistanda islamçı Hizbut-Təhrir hərəkatı ilə əlbir olmaqda şübhəli bilinən yüksək rütbəli zabit saxlanıb.

Yerli komandanlıq general Ali Khanın həbs olunduğunu xəbər verir.

Eyni zamanda onun Talibanla heç bir əlaqəsi olmadığı bildirilir.