Pilotsuz təyyarənin zərbələri 7 adamın həyatına son qoyub

Bu gün Pakistanda pilotsuz təyyarənin endirdiyi hava zərbələri nəticəsində azı 7 adam ölüb.

Pakistan təhlükəsizlik xidməti əməkdaşlarının verdiyi məlumata görə, Amerikaya məxsus olduğu güman edilən pilotsuz təyyarənin hava zərbələri Əfqanıstanla sərhəddəki Kurram rayonuna endirilib.