Mərakeşdə minlərlə adam nümayiş keçirib

Bazar günü Mərakeşin böyük şəhərlərindən biri Kasablankada minlərlə adam nümayişə çıxıb. Nümayişçilər daha geniş islahatlar keçirilməsini tələb ediblər.

Etirazçılar kral 6-cı Mohammedin islahatlarla bağlı fikirlərinin yetərli olmadığını bildiriblər. Kral bildirib ki, öz səlahiyyətlərini yarısını parlamentə verəcək. Ancaq ordu, dini işlər və təhlükəsizlik xidməti üzərində nəzarəti saxlayacaq.

Mərakeşdə son illiklər ərzində ən geniş etiraz aksiyası keçirilib.